Bank Of Baku

Katrina fəlakətindən 5 il keçir

Katrina fəlakətindən 5 il keçir
# 28 avqust 2010 01:55 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama bazar günü Katrina qasırğasının ildönümü münasibəti ilə fəlakətə məruz qalan Luiziana ştatının Yeni Orlean şəhərinə səfər edəcək. Bu barədə APA voanews.com-a istinadən məlumat verir. Katrinanın yaratdığı daşqınlar 1800 adamın ölümünə, 1 milyon insanın evsiz qalmasına səbəb olmuşdu. Bu şəhərin 80 faizi daşqınlar səbəbi ilə tamamilə sıradan çıxmışdı. Yenidənqurma işləri aparılsa da, bəzi bölgələrdə həyat işarəsi hələ də görünmür. İnsanların əksəriyyəti evinə qayıtmayıb. 50000 ev sakinsizdir. Bu həftə boyu Yeni Orleansda fəlakətin qurbanlarının anım mərasimləri keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR