Bank Of Baku

Cənubi Amerikada görünməmiş soyuqlar müşahidə olunur

Cənubi Amerikada görünməmiş soyuqlar müşahidə olunur
# 28 avqust 2010 08:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA. Hazırda qış mövsümü yaşayan Cənubi Amerika görünməmiş soyuqlarla üzləşib. APA-nın məlumatına görə, qitədə ən aşağı hərarət Peruda müşahidə olunub - mənfi 23 dərəcə.

Bu ölkədə həftə ərzində qripdən və donmadan 112 nəfər ölüb. Argentinada isə 16 nəfər donmadan dünyasını dəyişib. Digər ölkələrdə insan tələfatı olmasa da, vəziyyət gərgindir. Belə ki, Paraqvay və Braziliyada soyuqdan bir neçə min mal-qara tələf olub, Peru və Boliviyada məktəblərdə dərslər təxirə salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR