Bank Of Baku

Meksikalı məşhur narkotik qaçaqmalçısı həbs olunub

Meksikalı məşhur narkotik qaçaqmalçısı həbs olunub
# 01 sentyabr 2010 00:40 (UTC +04:00)
Bakı-APA. Meksika hökümət nümayəndələri bildirirlər ki uzun müddət axtarışda olan narkotik qaçaqmalçısı Edqar Valdez həbs edilib.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, o Beltran Leyva ilə narkotiklər kartelinə nəzarət uğrunda güclü mübarizə aparıb.
Valdez Meksikanın mərkəzində həbs olunub.
Burada polis bir ilə yaxın idi ki, onun hər addımını izləyirdi.
Prezident Felipe Kalderon internet bloqunda onun həbsini alqışlayıb.
Bu ayın əvvəli polis körpüdən asılan üç başsız meyiti aşkar edib.
Meyitlərin başları yaxınlıqdakı ərazidən tapılmışdı.
Onların yanında xəbərdarlıq mesajı da var idi.
Burada deyilirdi ki, Edqar Valdezi dəstəkləyən hər bir kəsi meyitlərin taleyi gözləyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR