Bank Of Baku

Robert Qeyts gözlənilmədən İraqa səfər edib

Robert Qeyts gözlənilmədən İraqa səfər edib
# 01 sentyabr 2010 07:58 (UTC +04:00)
Bağdad-APA. ABŞ-ın müdafiə naziri Robert Qeyts bu gün gözlənilmədən İraqa səfər edib. APA-nın məlumatına görə, səfərin əsas məqsədi amerikalı hərbçilərlə görüş keçirməkdir. Miluokidən havaya qalxan nazirin təyyarəsi Əl-Əsəd hərbi bazasında yerə enib. Miluokidə Amerika Legionunun üzvləri qarşısında çıxış edən Pentaqon rəhbəri bildirib ki, İraqda əməliyyatların hərbi fazası başa çatsa da, bu ölkədə problemin həllindən danışmaq hələ tezdir. Dünən ABŞ prezidenti Barak Obama İraqda hərbi əməliyyatların rəsmən başa çatdığını elan edib. Prezident də İraqda vəziyyətin qeyri-stabil olduğunu bildirib. Xatırladaq ki, avqustun əvvəllərindən başlayaraq İraqdan ABŞ hərbi kontingentinin çıxarılmasına start verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR