Bank Of Baku

Şimali Karolina sahilləri və Vircinyanın cənubuna qasırğa yaxınlaşır

Şimali Karolina sahilləri və Vircinyanın cənubuna qasırğa yaxınlaşır
# 02 sentyabr 2010 01:58 (UTC +04:00)
Bakı-APA. ABŞ sinoptikləri Şimali Karolina sahilləri və Vircinyanın cənubunun çox hissəsində Earl qasırğası ilə bağlı xəbərdarlıq yayıb. Bu barədə APA voanews.com-a istinadən məlumat verir. Qasırğanın saatda 205 kilometr küləklə müşayiət edəcəyi gözlənilir. Mayamidəki Milli Qasırğa Mərkəzi xəbərdarlıq edib ki, Earl qasırğası şərqi ABŞ sahillərində təhlükəli dalğa və ləpələr yaradaraq qarşıdan gələn əmək günü məzuniyyəti planlarını məhv edə bilər. Earl qasırğasının intensivliyi 5 kateqoriyalı şkalada üçüncü kateqoriyadadır. Sonuncu dəfə qasırğa Bahama şərqi San- Salvador adasından təxminən 300 kilometr məsafədə qeydə alınıb. Qasırğa Şimali Karolina sahillərinə cimə günü səhər çata bilər. Mərkəzi dənizdə olan qasırğanın sahillə paralel hərəkət edərək leysanlar, güclü küləklər və dənizdə təlatüm yaradacağı proqnozlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR