Bank Of Baku

İsrail-Fələstin birbaşa danışıqların birinci günü başa çatıb

İsrail-Fələstin birbaşa danışıqların birinci günü başa çatıb
# 03 sentyabr 2010 00:24 (UTC +04:00)
Bakı-APA. Vaşinqtonda İsrail və Fələstin arasında birbaşa sülh danışıqların birinci raundu başa çatıb.
APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, İsrailin baş naziri Benyamin Netanyahu və Fələstin prezidenti Mahmud Abbas arasında danışıqlar ABŞ Dövlət Katibi Hillari Klinton və Orta Şərq üzrə ABŞ-ın xüsusi nümayəndəsi Corc Mitçell iştirakı ilə keçib.
İclası giriş sözü ilə açan Klinton bildirib ki, danışıq iştirakçıları bütün əsas məsələləri bir il ərzində həll etmək üçün səy göstərəcəklər.
Benyamin Netanyahu həmçinin deyib ki, hər iki tərəf "ağrılı güzəştlərə" gedərək sülhə nail ola bilər.
Danışıqlar sentyabrın 14-15 davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR