Bank Of Baku

Erl qasırğası Şimali Karolina sahillərinə yaxınlaşır

Erl qasırğası Şimali Karolina sahillərinə yaxınlaşır
# 03 sentyabr 2010 02:26 (UTC +04:00)
Bakı-APA. Erl qasırğası Amerikanın şərq sahillərinə yaxınlaşdıqca Şimali Karolinanın sipər adalarında yaşayan on minlərlə adam evakuasiya edilir.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, sinoptiklər saatda 230 kilometr küləklə dördüncü kateqoriyalı tufanların baş verəcəyini proqnozlaşdırırlar. Bütün mərkəzi Atlantik regionu boyu qasırğalar və tropik tufanlarla bağlı xəbərdarlıqlar verilib. Mayamidə qərargahı yerləşən Milli Qasırğa Mərkəzi bildirir ki, şimal-qərb istiqamətində irəliləyən Erl qasırğası cümə axşamı və ya cümə günü səhər erkən Şimali Karolinaya çatacaq. Şimali Karolina, Virciniya və Merilənd ştatlarının qubernatorları fövqəladə hal elan ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR