Bank Of Baku

ABŞ: Yaxın Şərq sülh danışıqları ərəbləri sakitləşdirmək cəhdi deyil

ABŞ: Yaxın Şərq sülh danışıqları ərəbləri sakitləşdirmək cəhdi deyil
# 04 sentyabr 2010 02:38 (UTC +04:00)
Bakı-APA. Yaxın Şərq sülh danışıqları İrana qarşı hər hansı hərbi aksiya başlamamışdan öncə ərəbləri sakitləşdirmək cəhdi deyil. ABŞ dövlət katibi Hillari Klinton belə bir bəyanatla çıxış edib.

Klinton Vaşinqtonun İran barəsində ciddi narahat olduğunu xatırladıb. Onun sözlərinə görə, narahatlıq təkcə Tehranın nüvə silahı əldə etmək istəyi ilə deyil, həm də İranın terrorçuluğun sponsoru olması və sabitliyə təhlükə olan qruplaşmalara silah verməsi ilə bağlıdır.

Dövlət katibi qeyd edib ki, ərəb dünyasının əksər hissəsi öz ölkələrində İranın dəstəklədiyi terrorçuluğun nəticələri ilə rastlaşdıqları üçün bu narahatlığı bölüşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR