Bank Of Baku

Fidel Kastro dünyanın nüvə müharibəsi qarşısında olduğunu bildirib

Fidel Kastro dünyanın nüvə müharibəsi qarşısında olduğunu bildirib
# 04 sentyabr 2010 03:26 (UTC +04:00)
Bakı-APA. Kubanın Havana universitetində çıxış edən sabiq dövlət başçısı Fidel Kastro dünyanın nüvə müharibəsi qarşısında olduğunu deyib. Bu barədə APA voanews.com-a istinadən məlumat veir. Yaşıl rəngli hərbiçi geyimində olan Kastro bildirib ki, Amerika və onun müttəfiqi İsraillə İran arasında gərginlik nüvə qarşıdurmasına gətirib çıxaracaq. Kubanın Granma dövlət xəbər agentliyinin məlumatına görə, Fidel Kastro İkinci Dünya Müharibəsi zamanı Amerikanın nüvə silahından istifadə edən ilk ölkə olduğunu bildirib. O, bu gün ABŞ-ın nüvə arsenalının daha dağıdıcı qüvvəyə malik olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR