Bank Of Baku

Meksikada baş verən aviaqəzada dörd siyasətçi həlak olub

Meksikada baş verən aviaqəzada dörd siyasətçi həlak olub
# 04 sentyabr 2010 07:49 (UTC +04:00)
Bakı - APA. Meksikada təyyarə qəzası baş verib. APA-nın AFP-yə istinadən xəbərinə görə, polis ölkənin cənubunda kiçik təyyarənin qəzaya uğradığını açıqlayıb.

Oahaka ştatının polis rəisi Havyer Rueda jurnalistlərə bildirib ki, “Cessna” təyyarəsi eniş edərkən Uatulko aeroportunun 500 metrliyində qəzaya uğrayıb. Nəticədə 5 nəfər həlak olub. Bunlar iki konqresmen, iki yerli siyasətçi və pilotdur.

Qəzanın səbəbləri barədə hələlik məlumat verilmir. Həlak olanlardan isə iki nəfərin adı bəllidir. Bunlar Meksika prezidenti Felipe Kalderonun Milli Hərəkət Partiyasının üzvləri Gilermo Zavaleta və Xuan Huertadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR