Bank Of Baku

Yeni Zelandiyada baş verən təyyarə qəzasında 9 nəfər ölüb

Yeni Zelandiyada baş verən təyyarə qəzasında 9 nəfər ölüb
# 04 sentyabr 2010 08:23 (UTC +04:00)
Bakı - APA. Yeni Zelandiyanın Cənub adasında yüngül motorlu “Fletcher” təyyarəsi qəzaya uğrayıb.

APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən xəbərinə görə, aviaqəza nəticəsində 9 nəfər həlak olub.

Xilasetmə xidmətindən bildirilib ki, təyyarə skaydayvinq (idmanın paraşüt növü) ilə məşğul olan şirkətə məxsus olub. Təyyarə Foks buzlağındakı aerodromdan qalxdıqdan az sonra havada alışıb.

Nəticədə pilot və 8 sərnişin həlak olub. Onların vətəndaşlığı barədə hələlik məlumat verilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR