Bank Of Baku

Konqresə seçkilər ərəfəsində keçirilən sorğularda respublikaçılar demokratlardan 7 faiz öndədir

Konqresə seçkilər ərəfəsində keçirilən sorğularda respublikaçılar demokratlardan 7 faiz öndədir
# 06 sentyabr 2010 16:54 (UTC +04:00)
Bakı-APA. ABŞ Konqresinə seçkilər ərəfəsində respublikaçılar demokratları ictimai rəydə nəzərəçarpacaq dərəcədə qabaqlayıblar. APA-nın məlumatına görə, CNN telekanalı Opinion Research analitik korporasiya ilə birlikdə keçirdiyi sorğunun nəticələrini açıqlayıb. Nəticələrə əsasən, noyabrın 2-də keçiriləcək seçkilər ərəfəsində respublikaçıların demokratlardan ən azı 7 faiz artıq səs toplamaq imkanı var. Sorğu zamanı respondentlərdən konkret hansı namizədə deyil, hansı partiyanın namizədinə səs verəcəkləri barədə sual verilib. Sorğuya qatılanların 52 faizi respublikaçıların, 45 faizi isə demokratların namizədini dəstəkləyəcəklərini bildirib. Bir ay əvvəl keçirilən analoji sorğuda respublikaçılar rəqiblərini cəmi 3 faiz qabaqlayırdılar. Bundan başqa sorğu zamanı ənənəvi olaraq hər iki partiyaya neytral mövqe bəsləyən elektoratın bir hissəsinin respublikaçılara meylləndiyi də müəyyənləşib. “Müstəqil” seçicilərin 62 faizi respublikaçılara, 30 faizi demokratlara səs verməyə hazır olduğunu bildirib. Respondentlərin 24 faizi qeyd edib ki, səsvermədə tutduqları mövqe Barak Obamanın siyasi qərarlarına etiraz anlamı daşıyacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR