Bank Of Baku

İsrail və Fələstin liderləri sentyabr ayının 14-ü və 15-i sülh danışıqlarını davam etdirəcək

İsrail və Fələstin liderləri sentyabr ayının 14-ü və 15-i sülh danışıqlarını davam etdirəcək
# 06 sentyabr 2010 22:09 (UTC +04:00)
Bakı-APA. İsrail və Fələstin liderləri sentyabr ayının 14-ü Misirin Şərm Əl-Şeyx şəhərində, 15-i isə Qüdsdə sülh danışıqlarını davam etdirəcək. Bu barədə APA voanews.com-a istinadən məlumat verir. ABŞ Dövlət Departamentinin bildirdiyinə görə, müzakirələrdə İsrailin baş naziri Benyamin Netanyahu, Fələstin lideri Mahmud Abbas, ABŞ dövlət katibi Hillari Klinton və Yaxın Şərq üzrə xüsusi nümayəndə Corc Mitçel iştirak edəcək. İsrailin yəhudi yaşayış məntəqələri inşa etməsi danışıqların əsas maneəsidir. Fələstinlilər inşaat bərpa edildiyi təqdirdə, müzakirələri tərk edəcəyini deyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR