Bank Of Baku

Kubanın keçmiş lideri İran prezidentini tənqid edib

Kubanın keçmiş lideri İran prezidentini tənqid edib
# 08 sentyabr 2010 23:35 (UTC +04:00)
Bakı-APA. Kubanın keçmiş lideri Fidel Kastro ABŞ-ın Atlantic jurnalına müsahibədə İran prezidenti Mahmud Əhmədinejadı yəhudilərə böhtan atmağa son qoymağa çağırıb. Bu barədə APA voanews.com-a istinadən məlumat verir. Bu gün jurnalın internetdə yerləşdirilmiş məqaləsində deyilir ki, Kastro prezident Əhmədinejadı Holokostun baş verdiyini rədd etdiyinə görə tənqid edib. O deyib ki, İran prezidentinin antisemitizmin unikal tarixi və nəzəriyyəsini başa düşməsi sülhün maraqlarına xidmət edərdi. Kubanın keçmiş lideri bildirib ki, Əhmədinajead israillilərin mövcudluqlarına görə nə üçün narahat olduğunu başa düşməyə çalışmalıdır. Kastronun sözlərinə görə, tarixdə yəhudilərdən çox böhtan atılıb günahkar sayılan bir qrup olmayıb. Kastro bu açıqlamaları Birləşmiş Ştatlar, onun müttəfiqi İsrail və İran arasında gərginliyin nüvə qarşıdurmasına gətirib çıxara biləcəyi haqda dediklərilə bağlı sualı cavablandırarkən verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR