Bank Of Baku

Obama: “ABŞ-ın düşməni islam deyil”

Obama: “ABŞ-ın düşməni islam deyil”
# 10 sentyabr 2010 23:09 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama, "Amerikanın düşməni islam deyil, Əl Qaidə və digər radikal qruplardır" deyə bəyan edib.

Ağ Evdə mətbuat konfransı keçirən Obama, Floridada bir rahibin Quran-i Kərimi yandırma cəhdini və 11 sentyabr terror hücumu nəticəsində yıxılan əkiz qüllələrin yaxınlığında məscid tikilməsi planlarını şərh edib.

"Xalq, ölkənin düşməninin islam olmadığını, Əl Qaidə və radikal qrupların olduğunu anlamalıdır" deyən Obama, amerikalıların bir-birinə qarşı mübarizə aparmayacağını, qorxu və narahatlıqların bölünməyə yol açmasına izin verilməyəcəyini bildirib. Obama amerikalıları dini cəhətdən tolerant olmağa səsləyib.

Obama Quranın yandırılmasının radikal islamçı dini qruplar üçün fürsət olduğunu və xaricdəki amerikalıların həyatını təhlükəyə atdığını bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR