Bank Of Baku

Amerika 11 sentyabr hücumlarının ildönümünü qeyd edir

Amerika 11 sentyabr hücumlarının ildönümünü qeyd edir
# 11 sentyabr 2010 02:39 (UTC +04:00)
Bakı-APA. Şənbə günü ABŞ-da 2001-ci il 11 sentyabr hücumlarının 9-cu ildönümü tamam olur. Ölkədə Əl-Qaida terrorçularının əlaqələndirilmiş hücumları nəticəsində həyatlarını itirmiş 3000-ə yaxın adamın xatirəsinə həsr olunmuş tədbirlər planlaşdırılır. Terrorçular 4 sərnişin təyyarəsini qaçıraraq onlardan ikisini Dünya Ticarət Mərkəzinin əkiz binalarına çirpmişdılar. 110 mərtəbəli binalar yerə çökərək yüzlərlə işçinin və xilasedicinin həyatına son qoydu. Başqa təyyarə Pentaqona dəydi. Dördüncüsü isə Pennsilvaniyanın Şənksvill qəsəbəsi yaxınlığına yerə çırpıldı. Prezident Barak Obama ildönümünü Pentaqonda düzənlənən mərasimdə qeyd edəcək. Vitse Prezident Co Bayden isə Nyu Yorkda olacaq. Birinci xanım Mişel Obama və sabiq birinci xanım Lora Buş Şenksvildə keçirilən mərasimdə çıxış edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR