Bank Of Baku

Floridalı pastor Quran yandırmaq planlarını təxirə sala bilər

Floridalı pastor Quran yandırmaq planlarını təxirə sala bilər
# 11 sentyabr 2010 03:28 (UTC +04:00)
Bakı-APA. Florida ştatındakı kiçik kilsənin rəhbəri bildirib ki, əgər o, Dünya Ticarət Mərkəzinin bir vaxtlar durduğu yerdə İslam mərkəzi inşa etmək istəyən imamla görüşə bilsə, onda Quran nüsxələrini yandırmaq fikrindən vaz keçəcək. Bu barədə APA voanews.com-a istinadən məlumat verir. Pastor Terri Couns ABŞ mediasına bildirib ki, o, imamla şənbə günü görüşməyi planlaşdırır. Lakin Nyu Yorkda qərargahlanan ruhani İmam Feysəl Abdul Rauf bu görüşün baş tutacağını təkzib edib. İmam Rauf habelə İslam Mərkəzinin 2001-ci il 11 sentyabr hücumlarının hədəfi olan məkandan uzaqlaşdırılacağı haqda deyilən fikirlərdən təəccübləndiyini bildirib. O, bu barədə heç bir razılığın olmadığını bildirib. Buna cavab olaraq qalmaqal doğuran pastor vasitəçilik missiyası həyata keçirən Floridalı müsəlman ruhanisi İmam Məhəmməd Musrinin ona yalan danışdığını iddia edib. Mərkəzi Floridada İslam Cəmiyyətinin sədri olan Musri pastoru aldatdığını inkar edərək yalnız Couns və Rauf arasında görüş təşkil etməyə çalışdığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR