Bank Of Baku

Obama: ABŞ iqtisadiyyatının vəziyyəti ideal deyil

Obama: ABŞ iqtisadiyyatının vəziyyəti ideal deyil
# 14 sentyabr 2010 04:07 (UTC +04:00)
Bakı-APA. ABŞ iqtisadiyyatının vəziyyəti heç də ideal deyil. ABŞ prezidenti Barak Obama Feyrfaks şəhərində çıxışı zamanı belə bir etiraf edib.

«Bizim ilk görəcəyimiz iş maliyyə sistemini sabitləşdirmək və yenidən Böyük depressiyaya düşməməyi təmin etmək idi. Biz sabitliyi bərpa edə bildik», deyə prezident bildirib.

Obama qeyd edib ki, «görüləsi işlər təkcə bunlardan ibarət deyil». Prezident xatırladıb ki, böhran nəticəsində ABŞ-da 8 milyon iş yeri azalıb. «Hətta bu il yeni işə yerləri yaratdığımızı nəzərə alsaq belə, hələlik itirdiyimiz milyonlarla mövqeni bərpa edə bilməmişik», deyə dövlət başçısı etiraf edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR