Bank Of Baku

ABŞ: Türkiyə Konstitusiyasına dəyişikliklər ölkənin Avropa Birliyinə daxil olmasına yardım edəcək

ABŞ: Türkiyə Konstitusiyasına dəyişikliklər ölkənin Avropa Birliyinə daxil olmasına yardım edəcək
# 14 sentyabr 2010 04:56 (UTC +04:00)
Bakı-APA. Referendumda təsdiq olunmuş Türkiyə Konstitusiyasına dəyişikliklər ölkənin Avropa Birliyinə daxil olmasına yardım edəcək. ABŞ dövlət katibinin köməkçisi Filip Krouli belə bir fikirlə çıxış edib.

«Şübhəsiz ki, biz Türkiyənin Avropa Birliyinin üzvü olmasına tərəfdarıq və Avropada hadisələrin belə inkişafına müsbət reaksiyanı görürük», deyə Krouli bildirib.

Dövlət departamentinin rəsmi nümayəndəsinin sözlərinə görə, Vaşinqtonda hesab edirlər ki, keçirilmiş referendum Türkiyə xalqına demokratiyanın gələcək inkişaf istiqaməti barədə möhkəm səslə danışmağa imkan verəcək. «ABŞ hakimiyyətinin nəzərindən referendumda yüksək seçici fəallığı olduğu qaçmayıb», deyə Krouli vurğulayıb.

«Biz ümid edirik ki, nəzərdə tutulmuş islahatlar Türkiyədəki demokratik prosesləri və insan haqlarının müdafiəsini daha da möhkəmləndirəcək», deyə ABŞ dövlət katibinin köməkçisi bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR