Bank Of Baku

BMT-nin baş katibi Beynəlxalq Demokratiya Günü münasibətilə beynəlxalq ictimaiyyətə müraciət edib

BMT-nin baş katibi Beynəlxalq Demokratiya Günü münasibətilə beynəlxalq ictimaiyyətə müraciət edib
# 14 sentyabr 2010 16:20 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. 15 sentyabr tarixi Beynəlxalq Demokratiya Günü kimi qeyd olunur. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya daxil olan məlumata görə, bu günlə bağlı BMT-nin baş katibi Pan Gi Mun müraciətlə çıxış edib.
Müraciətdə deyilir ki, bu gün Nyu-Yorkda, BMT-də keçiriləcək Minilliyin İnkişaf Məqsədləri (MİM) Sammitindən cəmi bir neçə gün əvvəl qeyd olunur: “Dünya liderlərinin 2015-ci ilə qədər bu məqsədlər istiqamətində daha sürətli irəliləyişə nail olmaq üçün toplaşdığı bir vaxtda yoxsulluğun azaldılması və insanların rifahının yaxşılaşdırılmasında demokratiyanın oynadığı mühüm rolu vurğulamaq üçün dəyərli imkanımız var.
Beş il əvvəl keçirilmiş Dünya Sammitində bütün dünya liderləri razılığa gəldilər ki, demokratiya, inkişaf və insan hüquqlarının qarşılıqlı asılıdır və bir-birini gücləndirir. 2000-ci ildə Minillik Bəyannaməsində də bütün dünya ölkələrinin hökumətləri “demokratiyanı inkişaf etdirmək, qanunun aliliyini gücləndirmək, həmçinin, beynəlxalq səviyyədə tanınmış insan hüquqlarına və fundamental azadlıqlara, o cümlədən inkişaf hüquqlarına hörmət etmək yolunda” qüvvələrini əsirgəməyəcəkləri barədə qəti qərar verdilər.
İnkişafa nail olmaq üçün apardığımız işdə uğur əldə etmək istəyiriksə, şəffaf, cavabdeh və məsuliyyətli idarəetmə çox əhəmiyyətlidir.
Demokratiyanın əsas əlamətləri hesab edilən effektiv nəzarət, aktiv vətəndaş cəmiyyəti, informasiya və ideyaların sərbəst mübadiləsi, ictimai iştirak eyni zamanda iqtisadi inkişafı stimullaşdırmaq və sosial ədaləti təmin etmək üçün zəruri elementlərdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR