Bank Of Baku

ABŞ-da Azərbaycan Mədəniyyəti Gecəsi keçiriləcək

ABŞ-da Azərbaycan Mədəniyyəti Gecəsi keçiriləcək
# 15 sentyabr 2010 04:55 (UTC +04:00)
Vaşinqton - İzabel Levin. APA. Amerika Birləşmiş Ştatlarındakı Azərbaycan İcması sentyabrın 23-ünü Azərbaycan Mədəniyyəti Gecəsi keçirəcək.
APA-nın Vaşinqtondakı müxbirinin verdiyi xəbərə görə, Azərbaycan mədəniyyətinin dostları və pərəstişkarları Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun (1885-1948) ad gününə həsr olunmuş gecədə iştirak etmək üçün dəvət edilib.
Tədbir Qarabağ Fondu tərəfindən təşkil olunacaq. Gecə boyunca fond həmçinin öz ideya və fəaliyyətlərini təqdim edəcək. Giriş pulsuzdur və gecədə Azərbaycan mətbəxinin nümunələrindən ibarət yüngül nahar təşkil olunacaq.
Azərbaycan mədəniyyəti gecəsi Vaşinqton keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR