Bank Of Baku

ABŞ BMT Təhlükəsizlik Şurasını İrana qarşı yeni tədbirlər görməyə çağırır

ABŞ BMT Təhlükəsizlik Şurasını İrana qarşı yeni tədbirlər görməyə çağırır
# 15 sentyabr 2010 17:57 (UTC +04:00)
Bakı-APA. Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasını İrana qarşı əlavə tədbirlər görməyə çağırırlar. Bu barədə ABŞ-ın BMT-dəki nümayəndəsi Süzan Rays bəyan edib. Onun sözlərinə görə, Tehranın TŞ-nin İranın nüvə proqramına dair qətnamələrini pozduğu barədə yeni faktlar ortaya çıxıb.

Lakin Rays əlavə tədbirlərin nədən ibarət ola biləcəyini dəqiqləşdirməyib.

Bir müddət öncə MAQATE İranın BMT TŞ-nin qətnamələrini pozaraq zənginləşdirilmiş uranın həcmini artırdığı barədə məlumat yaymışdı. Təşkilatın bəyanatına görə, İran rəhbərliyi ölkədəki nüvə obyektlərinin təftiş olunmasına da icazə vermirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR