Bank Of Baku

BP Meksika Körfəzində neft quyusunun dibinin sementlənməsi prosesini bitirib

BP Meksika Körfəzində neft quyusunun dibinin sementlənməsi prosesini bitirib
# 18 sentyabr 2010 22:48 (UTC +04:00)
Bakı-APA. BP Meksika Körfəzində neft quyusunu həmişəlik qapatmaq üçün son işləri görərək, quyunun dibinin sementlənməsi prosesini bitirib. APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, bu gün açıqladığı hesabatda şirkət bildirir ki, BP-nin mühəndisləri cümə günündən quyunun dibinə sement tökməyə başlayıblar və indi onun bərkiməsini gözləyirlər. Mühəndislər quyunun tamamilə sıradan çıxarıldığını elan etmək üçün bu gün bir qədər sonra sement qapağa təzyiq göstərərək yoxlayacaqlar. Sıradan çıxmış quyu ötən ay bağlanaraq möhürlənib. Lakin neft sızmasının nəticələrinin aradan qaldırılması işlərinə nəzarət üzrə rəsmi, sahil mühafizəsinin admiralı Ted Allen quyu dibindən sementlə möhürlənməyənə qədər onun rəsmi şəkildə istifadəyə yararsız sayılmadığına təkid etmişdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR