Bank Of Baku

Kolumbiyada 22 üsyançı öldürülüb

Kolumbiyada 22 üsyançı öldürülüb
# 20 sentyabr 2010 07:41 (UTC +04:00)
Boqota-APA. “Kolumbiya İnqilabi Silahlı Qüvvələri” sol radikal qruplaşmasının 22 döyüşçüsü öldürülüb. APA-nın məlumatına görə, silahlılarla qarşıdurma ölkənin cənub-qərbində baş verib. Kolumbiya Hərbi Hava Qüvvələrin təyyarələri üsyançıların cəngəlliklərdə yerləşən düşərgələrinə zərbələr endiriblər. Daha sonra hərbi əməliyyat zonasına xüsusi təyinatlı qüvvələr endirilib. Kolumbiya prezidenti Xuan Manuel Santos hərbçilərin üsyançıların mövqelərinə ağır zərbələr endirdiyini, əməliyyatın davam etdiriləcəyini bildirib. O həmçinin üsyançılarla hər hansı danışıqlara getməyi qadağan edən əmr imzalayıb. Xatırladaq ki, son bir ayda “Kolumbiya İnqilabi Silahlı Qüvvələri” sol radikal qruplaşması Kolumbiya xüsusi xidmət orqanlarının 40-dan artıq əməkdaşını qətlə yetirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR