Bank Of Baku

ABŞ: İranın dünya ilə münasibətləri yaxşılaşdırmaq imkanı var

ABŞ: İranın dünya ilə münasibətləri yaxşılaşdırmaq imkanı var
# 21 sentyabr 2010 03:37 (UTC +04:00)
Bakı-APA. İranın ABŞ və dünya ictimaiyyəti ilə münasibətləri yaxşılaşdırması üçün qapılar açıqdır. Bu barədə jurnalistlərə ABŞ prezidentinin Milli təhlükəsizlik üzrə köməkçisinin müavini Ben Rods bəyan edib.

«Lakin bu qapıdan girmək üçün İran nüvə proqramına dair niyyətinin sülhpərvər olduğunu göstərməli, Nüvə silahının yayılmaması barədə saziş və BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri üzrə öhdəliklərinə və əməl etməlidir», deyə Rods qeyd edib.

Ağ Ev nümayəndəsinin sözlərinə görə İrana qarşı tətbiq olunmuş sanksiyalar məqsəd yox, vasitədir. «İranın kursu dəyişmək üçün imkanı var», deyə o vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR