Bank Of Baku

Forbes: Bill Geyts ən varlı amerikalıdır

Forbes: Bill Geyts ən varlı amerikalıdır
# 23 sentyabr 2010 04:55 (UTC +04:00)
Bakı-APA. Microsoft şirkətinin banisi Bill Geyts Forbes jurnalının versiyasına görə ən varlı amerikalı olaraq qalır.

Ötən illə müqayisədə onun sərvəti 4 milyard dollar artaraq 54 milyard dollar olub. Bu məbləğ Geytsin böhrandan əvvəlki sərvət səviyyəsinə yaxınlaşır. 2007-ci ildə onun sərvəti 59 milyard dollar olub.

Microsoft şirkətinin banisi 17-ci dəfə dalbadal ABŞ milyarderləri siyahısına başçılıq edir. Onun xeyriyyə məqsədləri üçün xərclədiyi məbləğ isə 30 milyard dollara çatır. Geyts dünyanın ən səxavətli sponsorudur.

Ötən il olduğu kimi Forbes-in reytinqində ikinci yerdə sərmayəçi Uorren Baffetdir. Bu il Baffet sərvətini 5 milyard dollar artıraraq 44 milyarda çatdırıb.

Lorens Elison da siyahıdakı üçüncü yerini qoruya bilib. Onun aktivləri 27 milyard dollardır.

ABŞ-ın 400 ən varlı sakininin siyahısının ilk onluğunda həmçinin Uolton və Koç ailələrinin üzvlərinin və Nyu-York meri Maykl Blumberqin adları var.

Forbes-in hesablamalarına görə, ötən il ərzində ümumilikdə ABŞ-ın varlı sakinlərinin sərvəti 1 milyard dollar artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR