Bank Of Baku

Barak Obama Əhmədinecatın sözlərini «bağışlanmaz» adlandırıb

Barak Obama Əhmədinecatın sözlərini «bağışlanmaz» adlandırıb
# 25 sentyabr 2010 01:39 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama İran lideri Mahmud Əhmədinecatın 11 sentyabr terror aktları barədə açıqlamalarını «təhqiramiz», «nifrət dolu» və «bağışlanmaz» adlandırıb.

«Bu (Əhmədinecatın çıxışı) təhqiramiz idi. Bu nifrətlə dolu idi. Xüsusən də onun Manhettendə Ground Zero-dan (11 sentyabrda dağılmış Ümumdünya ticarət mərkəzinin qüllələrinin yerləşdiyi yer) bir az şimalda çıxış etdiyini nəzərə alsaq. Bu yerdə ailələr öz sevimli insanlarını itiriblər, bütün dinlərdən, bütün irqlərdən olan insanlar bu hadisəni nəslin əsas faciəsi sayırlar. Belə olan halda bu cür bəyanatlar bağışlanmazdır», deyə Obama bəyan edib.

Xatırladaq ki, BMT Baş Assambleyasının 65-ci sessiyasında etdiyi çıxışı zamanı İran lideri 11 sentyabr 2001-ci il terror hücumunu ABŞ rəhbərliyinin təşkil edə biləcəyini bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR