Bank Of Baku

Obama Əhmədinejadın nitqini pisləyib

Obama Əhmədinejadın nitqini pisləyib
# 25 sentyabr 2010 21:38 (UTC +04:00)
Bakı-APA. Amerika prezidenti Barak Obama İran rəhbəri Mahmud Əhmədinejadın 11 sentyabr hücumları barədə iddialarını "nifrətlə dolu" və "təhqiramiz" kimi təsvir edib, APA bbc.com saytına istinadən xəbər verir.
BBC-nin Fars televiziyasına eksklüziv müsahibədə Obama deyib ki, belə sözləri qurbanların əksəriyyətinin həlak olduğu Nyu Yorkda demək bağışlanılmazdır.
Bununla belə, Amerika prezidenti ölkəsinin öz sözünü İran xalqına çatdırmaq niyyətində olduğunu və İran xalqının 11 sentyabr hadisələri barədə tamamilə fərqli fikirdə olduğunu deyib.
O bildirib ki, hadisələrdən sonra İran xalqının qurbanların xatirəsinə keçirdiyi mərasimlər "adamlarla İran rəhbərliyi arasında nə qədər böyük bir fərqin olduğunu göstərdi. "
İranın nüvə proqramı barədə danışarkən, prezident Obama beynəlxalq sanksiyaları müdafiə etdi:
"Biz iranlıları öz arzumuzla cəzalandırmaq istəmirik. Bu İran hökumətinin öz xalqının maraqlarına xain çıxmasına görə baş verir.
Sanksiyaların əksər hissəsi rejimə qarşı yönəlib."
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR