Bank Of Baku

Florida sakini arvadını və dörd uşağını güllələyib

Florida sakini arvadını və dörd uşağını güllələyib
# 27 sentyabr 2010 16:49 (UTC +04:00)
Bakı - APA. ABŞ-ın Florida ştatında dəhşətli cinayət hadisəsi baş verib. APA-nın “Associated Press”ə istinadən xəbərinə görə, həyat yoldaşını və dörd uşağını öldürən şəxs sonda intihar edib.

Öldürülən uşaqların 10-15 yaşı olub. Beşinci uşaq isə yaralı halda xəstəxanaya çatdırılıb və həyatı xilas olunub.

Araşdırmalar zamanı məlum olub ki, 41 yaşlı Patrik Dell ayrı yaşadığı 36 yaşlı həyat yoldaşı Nataşa Uayt-Delli və onun başqa kişidən olan övladları Cavon Nelson, Deniel, Brayan və Diana Barnettləri öldürüb. Amma birgə nikahlarından olan iki uşağa toxunmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR