Bank Of Baku

Bu gün ABŞ Konqresinin yeni tərkibdə ilk iclası keçiriləcək

Bu gün ABŞ Konqresinin yeni tərkibdə ilk iclası keçiriləcək
# 05 yanvar 2011 07:30 (UTC +04:00)
Bakı-APA. ABŞ Konqresinin yeni tərkibdə ilk iclası bu gün keçiriləcək. APA-nın məlumatına görə, bu gün Bakı vaxtı ilə 21.00-da Konqresin hər iki palatasının ilk iclası təyin olunub. Senatın yeni üzvləri və Nümayəndələr Palatasının tam tərkibinin andiçmə mərasimindən sonra senatorlar qanunvericilik fəaliyyətinə başlayacaq, Konqres isə spiker və komitə rəhbərlərinin seçəcək. Xatırladaq ki, Konqresin aşağı palatasında respublikaçılar, yuxarı palatasında isə demokratlar səs çoxluğuna malikdir. Nümayəndələr Palatasında respublikaçılar 242, demokratlar 193 namizədlə təmsil olunur, yeni Senatda isə demokratlar 53, respublikaçılar 47 səs malikdir. Prezident Obamanın təmsil etdiyi Demokratlar Partiyası bundan əvvəlki Senatda 56, Nümayəndələr Palatasında isə 255 mandata malik idi.

Bu gün Nümayəndələr Palatasının ilk işi spiker seçmək olacaq. Bu postda 70 yaşlı Nensi Pelosini 61 yaşlı Con Bonerin əvəzləyəcəyi gözlənilir. Boner Konqresin bundan əvvəlki heyətində respublikaçı azlığın rəhbəri olub. İndi isə respublikaçı çoxluğa Virciniya ştatından seçilmiş Erik Kantorun rəhbərlik edəcəyi gözlənilir. Sabiq spiker Nensi Pelosi isə demokrat fraksiyasına rəhbərlik edəcək.

2011-ci ildə Senatın əsas diqqəti xarici siyasətin beş əsas məsələsi – İran, Rusiya, Şimali Koreya, Əfqanıstan və Sudan üzərində cəmləşəcək. Senatın xarici əlaqələr komitəsinə yenə də Con Kerrinin rəhbərlik edəcəyi artıq dəqiqləşib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR