Bank Of Baku

Ermənistan XİN başçısı xəstələnib

Ermənistan XİN başçısı xəstələnib
# 05 yanvar 2011 21:46 (UTC +04:00)
Bakı-APA. Ermənistan XİN başçısı Edvard Nalbandyan səhhətindəki problemlərə görə Uruqvaya getməyib. Diplomatik mənbələrin məlumatına görə, Buenos-Ayresdə olan Nalbandyanın yüksək hərarəti var. Bu barədə APA Armenia Today-a istinadən xəbər verir.

Yanvarın 1-də Braziliyada Ermənistan xarici işlər naziri ölkənin yeni prezidenti Dilma Rusefin andiçmə mərasimində iştirak edib, yanvarın 3-də isə Buenos-Ayresdə Nalbandyan argentinalı həmkarı Hektor Timermanla görüşüb.

Uruqvayda Ermənistan XİN başçısının hökumət üzvləri, həmçinin erməni icmasının nümayəndələri ilə görüşləri planlaşdırılırdı.

Ermənistan XİN başçısı yanvarın 7-də İrəvana dönməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR