Bank Of Baku

Respublikaçı Con Boner Konqresin Nümayəndələr palatasının spikeri seçilib

Respublikaçı Con Boner Konqresin Nümayəndələr palatasının spikeri seçilib
# 06 yanvar 2011 00:50 (UTC +04:00)
Bakı-APA. Respublikaçı Con Boner 112-ci çağırış ABŞ Konqresinin Nümayəndələr palatasının spikeri seçilib.

61 yaşlı Bonerin lehinə 241, 70 yaşlı Nensi Pelosiyə (Demokratlar partiyası) 173 konqresmen səs verib.

Səsvermənin nəticələri gözlənilməz olmayıb. Noyabrda keçirilmiş seçkilərdə respublikaçılar Nümayəndələr palatasında çoxluğu ələ almışdılar - 545 səs verən mandatdan 242-si respublikaçılarda, 193-ü demokratlardadır. Spikeri seçmək üçün isə adi səs çoxluğu lazımdır. Bundan əlavə, hələ Yeni ildən əvvəl respublikaçılar spiker seçkilərində məhz Bonerin namizədliyini müdafiə edəcəklərini bildirmişdilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR