Bank Of Baku

ABŞ-da Xocalı Anım Həftəsi keçiriləcək

ABŞ-da Xocalı Anım Həftəsi keçiriləcək
# 07 yanvar 2011 04:23 (UTC +04:00)
Vaşinqton. İzabel Levin-APA. Azərbaycan və türk əsilli amerikalılar Xocalı qətliyamının 19-cu il dönümü ilə əlaqədar olaraq gələn ay ABŞ-da Xocalı Anım Həftəsi keçirəcək.
APA-nın Vaşinqton müxbirinin verdiyi məlumata görə, 2011-cu il fevralın 18-26-da Azərbaycan-Amerika Şurası (AAC), Amerika Azərbaycan Cəmiyyəti (ASA) və Toronto Universitetinin Azərbaycanlı Tələbələr Assosiasiyası Şimali Amerikada Xocalı Anım Həftəsinin keçirilməsində tərəfdaşlıq edəcəklər.
Bundan əlavə Azərbaycan Diaspor təşkilatı San Fransisko, Vaşinqton və Nyu-Yorkda Xocalı Faciəsi mövzusunda dəyirmi masa, debatlar, eləcədə Kanadanın Toronto şəhərində xatirə konfransları təşkil edəcək.
Azərbaycanın Dağlıq Qarabağ ərazisində yerləşən və əhalisi azərbaycanlılardan ibarət olan Xocalı şəhəri 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. İşğalçı qüvvələr Azərbaycan türklərinin məskunlaşdığı Xocalı şəhərində etnik təmizləmə və soyqırım törədib və nəticədə 613 nəfər öldürülüb. Qətlə yetirilənlərdən 63-ü uşaq, 106-sı qadındır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR