Bank Of Baku

Obama iqtisadi müşavirlər komandasını dəyişib

Obama iqtisadi müşavirlər komandasını dəyişib
# 08 yanvar 2011 00:51 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama rəsmən Cin Sperlinqin Milli iqtisadi şuranın rəhbəri təyin edildiyini bəyan edib. Sperlinq prezident Bill Klintonun hökumətində Şura sədrinin müavini işləyib.

Şuranın əvvəlki sədri Lorens Sammers 2010-cu ilin payızında istefa verib.

Həmçiin Obama İqtisadi şuranın bir neçə yeni üzvünün təyinatı haqqında məlumat verib. Şuranın üzvü Ceyson Ferman müavin vəzifəsinə yüksəldilib. Ferman eyni zamanda prezidentin iqtisadi məsələlər üzrə köməkçisi də olacaq.

Ketrin Abraham prezidentin iqtisadi müşavirlər qrupunun üzvü, Hizer Higginbotam isə Ağ Evin inzibati-büdcə idarəsinin rəhbəri qismində Şuraya daxil olacaqlar.

Daha öncə Obama əvvəllər Klinton hökumətində işləmiş JP Morgan bankının top menecerlərindən biri 62 yaşlı Uilyam Deylini Ağ Ev aparatının rəhbəri təyin edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR