Bank Of Baku

ABŞ prezidenti Quantanamo həbsxanası ilə bağlı yeni qanun imzalayıb

ABŞ prezidenti Quantanamo həbsxanası ilə bağlı yeni qanun imzalayıb
# 08 yanvar 2011 08:17 (UTC +04:00)
APA-nın “Associated Press”ə istinadən xəbərinə görə, qanuna əsasən Quantanamo məhbuslarının ABŞ Müdafiə Nazirliyinin vəsaiti hesabına Amerika ərazisinə köçürülməsi qadağan edilir.

Bundan başqa, yeni qanunla bu həbsxananın məhbuslarının başqa ölkələrə də köçürülməsi (yalnız bir neçə hal istisna olmaqla) mümkün olmayacaq.

Qeyd edək ki, Barak Obama 2008-ci ildə apardığı seçki kampaniyası zamanı Quantanamo həbsxanasını bağlayacağını vəd edib. Müşahidəçilərin fikrincə, yeni qanun bu vədin gerçəkləşməsinə ciddi maneə törədəcək.

Quantanamo həbsxanası 2002-ci ildə Kubanın Quantanamo şəhəri yaxınlığında ABŞ-ın icarəyə götürdüyü hərbi baza ərazisində yaradılıb. Bu həbsxanada antiterror əməliyyatları zamanı ABŞ-a qarşı döyüşmüş müxtəlif ölkələrin əsasən müsəlman olan vətəndaşları saxlanılır. Onların “yaraqlı” statusunu xüsusi tribunal müəyyənləşdirir, hökm isə xüsusi hərbi komissiya tərəfindən çıxarılır. Hər iki orqan ABŞ Müdafiə Nazirliyi tərəfindən yaradılıb. “Yaraqlı” hesab olunan şəxs həbsxanada qeyri-müəyyən müddətə saxlanıla bilər. bir çox məhbuslar burada heç bir ittiham irəli sürülmədən illərlə saxlanılır. Onlara işgəncə verilməsinə dair faktlar zaman-zaman mətbuatda işıqlandırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR