Bank Of Baku

Gürcüstan brendli çaxır məhsulları Amerikada da erməni brendi kimi satılır

Gürcüstan brendli çaxır məhsulları Amerikada da erməni brendi kimi satılır
# 14 yanvar 2011 23:53 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Ermənilər Gürcüstan brendi ilə istehsal olunan çaxır növlərini təkcə Fransada yox, Amerikada da satırlar. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanda nəşr olunan "Kviris Palitra" qəzeti yazıb. Qəzetin məlumatına görə, Kaliforniyada "Xvançkara", "Kindzmaruli" brendi ilə olan gürcü çaxırı və "Borjomi" brendli mineral su erməni yazıları ilə mağazalarda və apteklərdə satılır. Gürcü emiqrantı Nuqzar Sulaşvili qəzetin səhifəsində bildirib ki, o, bir neçə gündən sonra Kaliforniyada bu içkiləri istehsal edən erməni şirkəti aşkar edib. Dərhal bu barədə Gürcüstanın Amerikadakı səfirliyi məlumatlandırılıb. Emiqrant bildirib ki, Kaliforniya ştatında gürcü "avtoritetləri" erməni "qardaşları" ilə birlikdə ona təsir etməyə və "razborka" aparmağa və bu barədə mətbuata xəbər verməməyi tapşırıblar. Əks halda onun barəsində ölçü götürəcəklərini deyiblər. Emiqrant qeyd edib ki, gürcü brendli içkilərin xaricdə erməni məhsulu kimi satılmasında gürcülərin də əli var.

Gürcüstan qanunlarına görə, 18 adda çaxır növünə Lissabon Müqaviləsinə əsasən xaricdə müdafiə olunmağa zəmanət verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR