Bank Of Baku

ABŞ Konqresi səhiyyə qanununu ləğv etmək üçün debatlara başlayır

ABŞ Konqresi səhiyyə qanununu ləğv etmək üçün debatlara başlayır
# 19 yanvar 2011 02:18 (UTC +04:00)
Bakı-APA. ABŞ Nümayəndələr Palatasında qanunvericilər prezident Barak Obamanın səhiyyə islahatları qanununu ləğv etmək üçün debatlara başlayacaqlar.
APA-nın voanews.com saytına verdiyi xəbərə görə, ləğv etmə səyləri bu ayın əvvəlində respublikaçıların Nümayəndələr Palatasını ələ keçirməsindən dərhal sonra başlayıb. Qətnamə ötən həftə səsverməyə qoyulmalı idi, lakin demokrat Konqres üzvü Qabriell Giffordsun güllə ilə vurulmasından sonra yubandı. Arizona ştatını təmsil edən Giffords seçiciləri ilə görüşərkən hücuma məruz qalmışdı. Qətnamənin bu günkü səsvermədə qəbul ediləcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR