Bank Of Baku

Bob Dadli: BP-Rusiya sazişi ABŞ-la münasibətlərə ziyan vurmayacaq

Bob Dadli: BP-Rusiya sazişi ABŞ-la münasibətlərə ziyan vurmayacaq
# 21 yanvar 2011 00:48 (UTC +04:00)
Bakı-APA. BP şirkətinin baş müdiri Bob Dadli bəyan edib ki, Rosneftlə Arktika yataqlarının kəşfiyyatına dair müqavilə şirkətin ABŞ-la münasibətlərinə xələl gətirməyəcək.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, bir sıra ABŞ siyasətçiləri buna dair narahatlıq ifadə ediblər.

Onlar Rusiyanın Şimal Buzlu okeandakı enerji ehtiyatlarına iddialarından narazıdırlar və hətta bu sazişi ABŞ-ın milli təhlükəsizliyinə ziyan vuracağı hesab edirlər.

Lakin Bob Dadli qeyd edib ki, Rosneftin BP səhmlərinin 5% alması şirkət üzərində Rusiyanın nəzarətinin cəmlənməsi demək deyil.

Yaxınlarda BP Avstaliya və Azərbaycanda dərin sularda kəşfiyyat işləri aparmaq hüququnu qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR