Bank Of Baku

Barak Obama 2012-ci ildə yenidən ABŞ prezidenti postuna namizədliyini irəli sürəcək

Barak Obama 2012-ci ildə yenidən ABŞ prezidenti postuna namizədliyini irəli sürəcək
# 21 yanvar 2011 07:18 (UTC +04:00)
APA-nın məlumatına görə, Ağ Evin mətbuat katibi Robert Qibbs bildirib ki, yaxın aylar ərzində Barak Obamanın prezidentliyə namizədliyini irəli sürmək üçün lazım olan bütün sənədlər hazır olacaq.

Barak Obamanın seçki qərargahının Çikaqoda yerləşəcəyi gözlənilir, qərargaha Ağ Ev administrasiya rəhbərinin müavini Cim Messina rəhbərlik edəcək.

Demokratlar seçki kampaniyasında əsas arqument olaraq mübahisəli səhiyyə islahatları, ABŞ qoşunlarının İraqdan çıxarılması, Əfqanıstanda hərbi missiyanın davam etdirilməsi, Obama administrasiyasının ümumdünya iqtisadi böhranı dövründə atdığı addımları istifadə etmək niyyətindədir.

Respublikaçıların əsas əks-arqumentləri isə işsizliyin yüksək səviyyəsi ilə bağlı olacaq. Onlar həmçinin prezident Obamanı dövlət vəsaitini israf etməkdə günhalnadırmağa hazırlaşırlar.

Prezident seçkilərində Barak Obamanın əsas rəqibinin kim olacağı hələlik məlum deyil. Ehtimal olunan namizədlər sırasında Massaçusets ştatının sabiq qubernatoru Mitt Romni və Minnesotanın sabiq qubernatoru Tim Polenti də var.

İctimai rəy sorğularına görə, amerikalılar hazırkı prezidentin fəaliyyətindən ümumilikdə razıdırlar. Son sorğularda vətəndaşların 53 faizi prezidentin fəaliyyətindən razı qaldıqlarını bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR