Bank Of Baku

Meksika avtomobil partladılıb, dörd polis yaralanıb

Meksika avtomobil partladılıb, dörd polis yaralanıb
# 22 yanvar 2011 22:29 (UTC +04:00)
Bakı-APA. Meksikada Tula - Tepehi (Hidalgo) trassında Volkswagen Bora avtomobilinə quraşdırılmış bombanın işə düşməsi nəticəsində dörd polis əməkdaşı yaralanıb. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bir polis əməkdaşının vəziyyəti ağırdır.
Partlayış polis patrulunun avtomobilə yaxınlaşarkən baş verib. Hadisə yerində yerli mafiya adından polislərin ünvanına təhdid məktubu tapılıb.
Hüquq mühafizə orqanları istintaq aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR