Bank Of Baku

Barak Obama Misir hakimiyyətini tətbiq etməkdən çəkinməyə çağırıb

Barak Obama Misir hakimiyyətini tətbiq etməkdən çəkinməyə çağırıb
# 29 yanvar 2011 03:53 (UTC +04:00)
Bakı-APA. Misirdəki hazırkı qeyri-sabitlik dövrü ümid anına çevrilməlidir. Bu barədə Misirdəki vəziyyətə dair Ağ Evdə qısa bəyanatla çıxış edən ABŞ prezidenti Barak Obama bildirib.

«Birləşmiş Ştatlar Misirlə sıx tərəfdaşdırlar. Lakin bu zaman Vaşinqton həmişə Qahirəyə siyasi, iqtisadi və sosial islahatların keçirilməsinin vacibliyini xatırladıb. Onun sözlərinə görə, bu cür dəyişikliklərin olmaması zaman keçdikcə Misir xalqının şikayət və tələblərinin artmasına gətirib çıxarıb.

«Misirdəki vəziyyətə dair Vaşinqtonun ən böyük narahatlığı hazırda qan tökülməsi təhlükəsidir. Ona görə mən aydın şəkildə Misir hakimiyyətini etiraz aksiyalarının dinc sakinlərinə qarşı zorakılıq tətbiq etməkdən çəkinməyə çağırıram», deyə Barak Obama bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR