Bank Of Baku

ABŞ-ın 180-dən çox ölkədə çalışan yüksək vəzifəli diplomatları Vaşinqtona çağırılıb

ABŞ-ın 180-dən çox ölkədə çalışan yüksək vəzifəli diplomatları Vaşinqtona çağırılıb
# 31 yanvar 2011 13:00 (UTC +04:00)
APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, müşavirə bu gün – yanvarın 31-də başlayacaq. Toplantının 1 gün ərzində yekunlaşmayacağı bildirilir.

Müşavirəyə ABŞ-ın 260 diplomatik nümayəndəliklərinin – səfirliklərin, konsulluqların və Dövlət Departamenti sistemindəki digər strukturların yüksək vəzifəli əməkdaşları dəvət olunub. Bu cür iri miqyaslı tədbir ilk dəfədir təşkil olunur. Rəsmi məlumatlara əsasən diplomatik forumda ABŞ-ın 2011-ci il üçün xarici siyasət məqsədləri müzakirə olunacaq. Dövlət Departamentindəki mənbələr isə Yaxın Şərqdəki, xüsusən Misirdəki hadisələrin əsas müzakirə mövzusu olacağını deyiblər. Bundan başqa, “Wikileaks”də çıxan məxfi materiallarla bağlı məsələyə də toxunula bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR