Bank Of Baku

Qar tufanı Amerikanın mərkəzi regionlarını iflic edib

Qar tufanı Amerikanın mərkəzi regionlarını iflic edib
# 04 fevral 2011 01:30 (UTC +04:00)
Bakı-APA. ABŞ-ın 12 ştatında milyonlarla amerikalı uçuşların ləğvinə, nəqliyyatın dayanmasına və yüz minlərlə evin işıqsız qalmasına bais olmuş qar tufanının nəticələrini aradan qaldırmağa çalışırlar.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, fəhlələr yolları ilişib qalmış maşınlardan təmizləyir və evlərə elektrik cərəyanını bərpa etməyə çalışırlar. Ağır qar Konnektikut ştatında iki ev daxil olmaqla bir çox yerlərdə damların uçmasına səbəb olub. Ciddi xəsarət alan yoxdur. 50 santimetr hündürlükdə qarın yağdığı Çikaqo şəhəri tufanın ən dağıdıcı təsirinə məruz qalmış ərazidir. Burada külək və qar yağıntısı bir metr hündürlükdə qar topalarının əmələ gəlməsi ilə nəticələnib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR