Bank Of Baku

Çaves 2012-ci il prezident seçkilərinə hazırlaşmağa başlayıb

Çaves 2012-ci il prezident seçkilərinə hazırlaşmağa başlayıb
# 05 fevral 2011 00:55 (UTC +04:00)
Bakı-APA. Venesuela prezidenti Uqo Çaves 2012-ci ildə keçiriləcək prezident seçkilərinə hazırlığın başlandığını elan edib və tərəfdarlarını birliyə çağırıb.

Qrip olmasına baxmayaraq, prezident hərbçilərin hökumət əleyhinə qiyamının 19-cu ildönümünə həsr olunmuş mərasimdə iştirak edib. O dövrdə podpolkovnik və desant taborunun komandiri olan Uqo Çaves həmin qiyama görə məsuliyyəti öz üzərinə götürüb.

Bu uğursuz qiyam 2007-ci ildən «Milli ləyaqət günü» kimi qeyd olunur.

«Bu gün, 19 il sonra mən bir əsgər kimi bu hərbi, bolivarçı hərəkata görə məsuliyyəti öz üzərimə götürdüyümü bildirirəm və ölkə Tanrının istədiyi və xalqın əmr etdiyi qədər başçılıq edəcəyəm. Çünki yalnız xalq əmr edə bilər. Hər şey mənim 2012-ci ilin dekabrında namizəd olmağımın və yenə də bu döyüşə rəhbərlik etməyimin düzgün olacağını göstərir», deyə o bildirib.

Çaves ilk dəfə 1999-cu ildə seçkilər yolu ilə Venesuelada hakimiyyətə gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR