Bank Of Baku

Obama: «Misirdəki siyasi vəziyyət müsbət istiqamətdə dəyişməyə başlayıb»

Obama: «Misirdəki siyasi vəziyyət müsbət istiqamətdə dəyişməyə başlayıb»
# 07 fevral 2011 23:58 (UTC +04:00)
Bakı-APA. Misirdəki siyasi vəziyyət müsbət istiqamətdə dəyişməyə başlayıb. ABŞ prezidenti Barak Obama belə hesab edir.

«Misirdə siyasi proseslərin gedişinin müzakirəyə ehtiyacı olduğu gözə qabağındadır. Misirlilər də məhz bu sahədə uğurlara nail olurlar», deyə Ticarət palatasında çıxış edən Obama bildirib.

Obama Misirdə hakimiyyətin nizamlı ötürülməsinə və müxtəlif siyasi spektrləri təmsil edən şəxslərin hökumətdə iştirakına tərəfdar olduğunu bildirib.

«Misirlilər azadlıq, azad və ədalətli seçkilər, onları təmsil edən və dinləyən hökumət istəyirlər. Biz onlara (Misir hakimiyyətinə) dedik ki, onlar dərhal hakimiyyətin nizamlı ötürülməsinə başlamalıdırlar», deyə ABŞ prezidenti bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR