Bank Of Baku

Haiti hökuməti devrilmiş prezident Jan-Bertran Aristidi ölkəyə dəvət edib

Haiti hökuməti devrilmiş prezident Jan-Bertran Aristidi ölkəyə dəvət edib
# 08 fevral 2011 02:53 (UTC +04:00)
Bakı-APA. Haiti hökuməti 2004-cü ildə Mərkəzi Afrika Respublikasına qaçmış devrilmiş prezident Jan-Bertran Aristidin diplomatik pasportunu hazırlayıb.

Bu pasportla devrilmiş prezident ölkəsinə qayıda biləcək.

Aristid son günlərdə ölkəyə qayıtmış ikinci prezident ola bilər. Yanvarın ortalarında 25 ildən sonra keçmiş diktator «Bebi Dok» ləqəbli Jan-Klod Düvalye Haitiyə qayıdıb. Bir neçə gün sonra Haiti hüquq-mühafizə orqanları Düvalye barəsində cinayət işi açıblar. Onu hakimiyyətdə olduğu müddətdə korrupsiyada və büdcə vəsaitlərindən sui-istifadədə günahlandırırlar. Düvalyeyə istintaq müddətində ölkədən çıxmaq qadağan olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR