Bank Of Baku

BMT: 2010-cu ildə 250 min insan təbii fəlakət qurbanı olub

BMT: 2010-cu ildə 250 min insan təbii fəlakət qurbanı olub
# 10 fevral 2011 00:51 (UTC +04:00)
Bakı-APA. 2010-cu ildə təbii fəlakət qurbanlarının sayı son onilliklərdə ən yüksək hədlərdən birinə çatıb. Təbii fəlakətlər ötən 250 mindən artıq insanın həyatını əlində alıblar.

Bu barədə BMT Baş katibi Pan Gi Mun bəyan edib.

«Ötən il planeti Haiti zəlzələsi, Pakistan daşqınlarından tutmuş Rusiya və ABŞ-dakı yanğınlar, Asiyadakı tropik qasırğalaradək dağıdıcı kataklizmlər bürümüşdü. Bu il də belə görünür ki, ağır olacaq. Biz artıq Avstraliya və Braziliyada təbii fəlakətlərin nəticələrini görürük. Dünyanın heç bir ölkəsi və şəhəri təbii fəlakətdən sığorta olunmayıb», deyə BMT Baş katibi vurğulayıb.

O qeyd edib ki, təbii fəlakətlərdən daha çox yoxsul ölkələr ziyan çəkirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR