Bank Of Baku

Obama: Misir artıq heç vaxt əvvəlki kimi olmayacaq

Obama: Misir artıq heç vaxt əvvəlki kimi olmayacaq
# 12 fevral 2011 00:48 (UTC +04:00)
Bakı-APA. Misirdə hakimiyyətin Hüsni Mübarəkdən Silahlı qüvvələrin Ali şurasına keçməsi Misir xalqının ümidlərinin ancaq birinci hissəsinin doğrulmasıdır. ABŞ prezidenti Barak Obama öz çıxışında belə deyib.

«Hər gün tarixi hadisələrin şahidi olmaq olmur. Misir artıq heç vaxt əvvəlki kimi olmayacaq», deyə ABŞ lideri bildirib.

Onun sözlərinə görə, təkcə istefalar kifayət deyil.

«Misirlilər aydın şəkildə bildiriblər ki, əsl demokratiyadan başqa heç nəylə razılaşmayacaqlar. Hərbçilər əsl vətənpərvər kimi və məsuliyyətlə hərəkət etməlidirlər. Onlar elə etməlidirlər ki, hakimiyyətin ötürülməsi xalqın nəzərində özünü doğrultsun. Söhbət əhalinin hüquqlarının müdafiəsindən, fövqəladə vəziyyət barədə sərəncamın ləğvindən, konstitusiyanın dəyişdirilməsindən, dəyişikliklərin dönməz olmasından, ədalətli və azad seçkilər üçün özül yaradılmasından gedir», deyə Obama izah edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR