Bank Of Baku

Respublikaçılar ABŞ-ın yeni büdcə layihəsini tənqid atəşinə tutublar

Respublikaçılar ABŞ-ın yeni büdcə layihəsini tənqid atəşinə tutublar
# 15 fevral 2011 02:27 (UTC +04:00)
Bakı-APA. ABŞ Konqresinin Senatındakı respublikaçıların lideri Mitç Makkonnell və Nümayəndələr palatasının spikeri Con Boner prezident Barak Obamanın təqdim etdiyi 2012-ci maliyyə ilinin büdcəsi barədə yüksək fikirdə olmadıqlarını bildiriblər.

«Bu bizimlə danışıqların əsasında tərtib olunmuş büdcə deyil. Bu qeyri-ciddi və məsuliyyətsiz büdcədir», deyə Makkonnell bildirib.

Makkonnell administrasiyanın dəmir yolu şəbəkəsinin və yeni ekoloji texnologiyaların inkişafına sərmayə qoymaq niyyətinə qarşı çıxıb. Onun sözlərinə görə, Obama sadəcə xəyalpərəstdir.

Makkonnellin fikrincə, prezidentin təklif etdiyi büdcə dövlət borcunun artırılmasını nəzərdə tutur.

Nümayəndələr palatasının spikeri Con Boner də Makkonnelldən geri qalmayıb.

«Əsassız xərcləri nəzərdə tutan və amerikalılarla kiçik biznes üçün vergiləri qaldıran belə büdcə daha böyük iqtisadi qeyri-sabitliyə gətirəcək və yeni iş yerləri yaradılması məqsədini daha da çətinləşdirəcək», deyə Con Boner bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR