Bank Of Baku

ABŞ Dövlət departamenti iranlılara müraciət etmək üçün Twitter-dən istifadə edir

ABŞ Dövlət departamenti iranlılara müraciət etmək üçün Twitter-dən istifadə edir
# 15 fevral 2011 04:53 (UTC +04:00)
Bakı-APA. ABŞ Dövlət departamenti İran vətəndaşlarına müraciət etmək üçün Twitter.com-da fars dilində mikrobloq yaradıb. Mikrobloqda yerləşdirilmiş məlumatlarda İran rəhbərliyinin ünvanına ittihamlar səsləndirilir.

Belə ki, Misirdəki hökumət əleyhinə çıxışları dəstəkləyən, lakin öz vətəndaşlarının analoji çıxışlarını yatıran İran rəsmiləri riyakarlıqda günahlandırılırlar.

Xatırladaq ki, dünən İran paytaxtında və bəzi iri şəhərlərdə baş vermiş etiraz aksiyaları zamanı bir nəfər həlak olub, onlarla insan isə yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR